İngiltərə Premyer Liqasında yeni mövsüm başlayır

Bu gün İngiltərə Premyer Liqasında 2019-2020-ci il mövsümünə start veriləcək.

Mövsümün ilk qarşılaşmasında “Liverpul” və “Norviç” üz-üzə gələcək. “Enfild” stadionunda keçiriləcək açılış oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son çempion “Mançester Siti” avqustun 10-da mübarizəyə başlayacaq. Pep Qvardiolanın komandası səfərdə “Vest Hem”lə qarşılaşacaq.

Qeyd edək ki, ötən mövsüm olduğu kimi, bu dəfə də İngiltərə Premyer Liqasında 20 komanda mübarizə aparacaq.

9 avqust

"Liverpul" - "Norviç"