APOEL-də ciddi itki - "Qarabağ"la oyunu buraxacaq

APOEL Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyununa ciddi itki ilə çıxacaq.

Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın zədəli futbolçusu Alef dos Santos Ağdam klubu ilə matçı buraxacaq. Yoxlama oyununda zədələnən braziliyalı yarımmüdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub.

Digər zədəli Vuyadin Saviçin durumuna aydınlıq gəlməyib. Serbiyalı müdafiəçinin qarın nahiyəsində ağrılar var. Onun "Qarabağ"la görüşdə meydana çıxıb-çxmayacağı qarşıdakı günlərdə bilinəcək.
Xatırladaq ki, "Qarabağ" - APOEL görüşü avqustun 13-ü olacaq. Bu komandalar arasında Kiprdəki matçda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.