Messinin qolu ən yaxşı seçildi

UEFA 2018/19 mövsümünün ən yaxşı qolunu açıqlayıb.

Azarkeşlər arasında aparılan sorğunun nəticəsinə əsasən, İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messinin Çempionlar Liqasının (ÇL) yarımfinalda İngiltərə təmsilçisi "Liverpul"a cərimə zərbəsindən vurduğu qol qalib olub.

Messinin bu qolu daha öncə ÇL ilə bağlı aparılan səsvermədə də ən yaxşı seçilib.

Qeyd edək ki, "Barselona" evdə keçirdiyi həmin matçda 3:0 hesabı ilə qələbə qazansa da, cavab görüşündə 4 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb. "Liverpul" isə finalda İngiltərənin digər komandası "Tottenhem"i 2:0 hesabı ilə üstələyib.