İngiltərə çempionu türk əsilli futbolçu ilə müqavilənin müddətini uzatdı

İngiltərənin "Mançester Siti" klubu futbolçusu İlkay Gündoğanla müqavilənin müddətini uzadıb.

28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilə qədər nəzərdə tutulub.

Türk əsilli alman oyunçu ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyunda meydanda olub. O, çempion komandanın heyətində 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan İngiltərə təmsilçisinə keçib.