Manchester United-in yetirməsi Çempionşipdə

Huddersfield heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolqol.az xəbər verir ki, Çempionşip təmsilçisi ingilis oyunçu Freyzer Kempbelli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Manchester United-in yetirməsi olan Kempbell Suderlend, Tottenham, Cardiff City, Crystal Palace kimi klublarda forma geyinib.