PSJ-də Neymarı kim əvəzləyəcək?

PSJ komandadan ayrılacağı gözlənilən Neymara əvəzləyici tapıb.

Paris təmsilçisi braziliyalı hücumçu klubdan ayrılacağı halda, “İnter”dən Mauro İkardini transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ-nin İkardi üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“İnter”lə yollarını ayıracağı gözlənilən İkardinin ilk seçimi isə “Yuventus”dur. Romelu Lukakunun “İnter”ə keçidindən sonra forma nömrəsi də əlindən alınan argentinalı hücumçunun Milan təmsilçisindən ayrılacağı ehtimalları yüksəkdir.