Balotellı A seriyasına qayıtdı

Mario Balotelli karyerasını İtaliyada davam etdirəcək.

Ulduz futbolçu "Breşiya" ilə anlaşıb.

29 yaşlı oyunçu bir neçə gün əvvəl "Flamenqo" ilə ortaq məxrəcə gəlmişdi. Braziliyalıların illik 4 milyon avro maaş təklifini İtaliya millisinin üzvü müsbət qarşılamışdı. Lakin Balotelli və meneceri Mino Rayola "Flamenqo" rəhbərliyi ilə əlaqə saxlayaraq, "Breşiya"da oynamaq qərarını onlara bildirəcək. Onun İtaliya təmsilçisindəki qazancı "Flamenqo"nun təklifindən az olacaq.

"Marsel"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan forvard sabah yeni komandası ilə müqavilə bağlayacaq.