Argentinadan "Qarabağ" üçün şad xəbər gəldi

"Boka Xuniors"un qapıçısı Markos Diasın "Qarabağ"a keçmək şansı artıb.
Futbolqol.az xəbər verir ki, Argentina təmsilçisi bir müddət əvvəl Azərbaycan çempionunun təklifini rədd etmiş və 33 yaşlı qolkiperi heyətində saxlamaq qərarına gəlmişdi. Lakin Diasın Argentina Kubokunun 1/16 final mərhələsində "Almaqro" ilə oyunu aşağı səviyyədə keçirməsi qərarın dəyişməsinə səbəb olub. Yerli medianın məlumatına görə, Buenos Ayres təmsilçisi qapıçı ilə yollarını ayırmaq qərarına gəlib.
Xəbərdə "Qarabağ"ın hələ də Diazla maraqlandığı və Argentina klubunun danışığa hazır olduğu vurğulanıb. "Boka" hətta ona əvəzləyici axtarışına da başlayıb.
Qeyd edək ki, Markos Dias bu ilin yanvarında "Boka Xuniors”la 1,5 illik müqavilə bağlayıb. O, əvvəllər Argentinanın "Kolon", "Gimnasia y Esgrima" və "Hurakan" klublarında forma geyinib. (Fanat.Az)