UEFA ən yaxşı futbolçu adına 3 namizədi açıqladı

UEFA 2018/2019-cu illər mövsümünün ən yaxşı futbolçusu adına 3 namizədi açıqladı.

Futbolqol.az xəbər verir ki, ən yaxşı kişi futbolçu adına Lionel Messi, Kriştiano Ronaldo və Vircil van Deyk namizəddir.

Mükafatın sahibi Çempionlar Liqasının 29 avqustda baş tutan püşkatma mərasimində açıqlanacaq.