"Roma" Cengiz Ünderlə yeni müqavilə imzaladı

"Roma" yarımmüdafiəçisi Cengiz Ünderlə yeni müqavilə bağlayıb.

Futbolqol.az xəbər verir ki, bunu klub tvitter səhifəsi vasitəsilə bəyan edib.

Türkiyə millisinin üzvü "canavarlar"la olan sözləşməsinin müddətini 2023-cü ilin yayına qədər uzadıb. 22 yaşlı hücumameyilli oyunçu "Roma" ilə xəyallarını gerçəkləşdirəcəyinə inandığını bildirib.

Qeyd edək ki, Cengiz Ünder "Roma"da keçirdiyi 65 oyunda 14 qola imza atıb.