Kiyevin “Dinamo” klubunda yeni baş məşqçi

Kiyevin “Dinamo” futbol klubunun rəhbərliyi komandaya yeni baş məşqçini müəyyənləşdirib.

Futbolqol.az xəbər verir ki, baş məşqçi vəzifəsinə komandanın idman direktoru Aleksey Mixailiçenkonun gətirilməsi üçün razılıq əldə edilib. Bununla bağlı yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, A.Mixailiçenko 2002-2004-cü illərdə də Kiyev “Dinamo”sunun baş məşqçisi olub. Komandanın əvvəlki baş məşqçisi Aleksandr Xatskeviç dünən vəzifəsindən uzaqlaşdırılıb.