Messi "Atletik"lə matçda oynamayacaq - 10 il sonra ilk dəfə

"Barselona"nın hücumçusu Lionel Messi La Liqanın birinci turu çərçivəsində "Atletik"lə oynanılacaq matçda komandasına kömək edə bilməyəcək.

Leo sağ baldırındakı zədə səbəbindən meydanda olmayacaq. Argentinalı futbolçunun növbəti həftədən etibarən komanda ilə birlikdə məşqlərə başlayacağı bildirilir.

"Barselona" sonuncu dəfə 2009-cu ildə La Liqanın ilk turunda Messinin xidmətindən istifadə edə bilməmişdi.

Qeyd edək ki, "Atletik" - "Barselona" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.