Neymar maaşının azaldılmasına razıdır

PSJ-nin hücumçusu Neymar "Barselona"da oynamaq üçün məvacibində 15 milyon avro endirim etməyə hazırdır.

Jurnalist Qilyem Balaqe bu barədə məlumat yayıb:

"Neymar illik 38 milyon avro maaş əvəzinə, 23 milyon avro qazanmağa razıdır".

Qeyd edək ki, braziliyalı futbolçunun adı Paris klubunun "Nim"lə oynadığı matçın iştirak ərizəsinə daxil edilməmişdi.