"Atletiko" Rodriyə əvəzləyici tapdı

Rodrini "Mançester Siti"yə satan "Atletiko" onun yerinə futbolçu axtarışlarını davam etdirir.

Madridlilərin ilk namizədi "Lester"in yarımmüdafiəçisi Uilfred Ndididi.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone rəhbərliklə görüşündə Nigeriya millisinin üzvünün alınmasını tələb edib. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Uilfred Ndidi "Lester"ə 2017-ci ildə "Genk"dən keçib.