Qazaxıstan UEFA reytinqində Azərbaycandan uzaqlaşır

Avrokuboklarda III təsnifat mərhələsinə yekun vurulub.

Dünən gecə Avropa Liqasında cavab görüşləri keçirilib.

Baş tutan qarşılaşmalar UEFA reytinqində müəyyən yerdəyişmələrə səbəb olub. Bu dəyişikliklərin hamısı reytinqdə ilk "30-luq"dan aşağıda qərarlaşan ölkələr arasında olub.

Azərbaycan isə xal ehtiyatını artıra bilməyib. Buna "Neftçi"nin Avropa Liqasında səfərdə "Bney Yehuda"ya məğlubiyyəti səbəb olub. Ölkəmizin cari mövsümdəki qazancı hələlik 2,125 xalda qalıb.

Azərbaycan son 5 mövsümün ümumi nəticələrinə əsasən 17,500 xalla 26-cı pillədə qərarlaşıb. 25-ci sıradakı Qazaxıstan ölkəmizlə aradakı fərqi artıq 1 xala artırıb.