UEFA "Astana" - BATE görüşünə azərbaycanlı göndərir

AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə yeni təyinat alıb.

Qitə futbol qurumu UEFA həmyerlimizi Avropa Liqasının pley-off görüşünə təyin edib.

Belə ki, Hüseynzadə avqustun 22-də Astanada baş tutacaq "Astana" - BATE (Belarus) qarşılaşmasında iş başında olacaq. O, ukraynalı hakimlər briqadasının idarə edəcəyi görüşdə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Hüseynzadə iyulda Maltada keçirilmiş "Valletta" - "Düdelanj" (Lüksemburq) görüşünə də təyinat almışdı.