Dibala PSJ-yə keçir

"Yuventus"un hücumçusu Paulo Dibala PSJ-yə keçməyə hazırlaşır.

Klublar arasında danışıqlar artıq son mərhələdədi.

Tərəflərin yaxın müddətdə son dəfə bir araya gəlməsi və razılığın 80 milyon avroya əldə olunması gözlənilir. Argentinalının meneceri Xorxe Antun PSJ-nin idman direktoru Leonardo ilə görüşərək şəxsi müqavilənin detallarını müzakirə edib.

İtaliya çempionu da qısa müddətdə Dibalanı satmaq niyyətindədi. Çünki turinlilər onun gedişindən sonra qazanılacaq gəlirlə "İnter"in hücumçusu Mauro İkardini heyətinə qatacaq.