"Atletiko" yeni transferini itirdi

"Atletiko" İspaniya La Liqasında yeni mövsümə qələbə ilə başlasa da, yeni transferini itirib.

Yarımmüdafiəçi Joao Feliks zədələnib.

"Xetafe"yə qarşı debüt oyununu yüksək səviyyədə keçirən portuqaliyalı futbolçu ikinci hissədə zədələnib və bu səbəbdən 66-cı dəqiqədə əvəzlənməli olub. Baş məşqçi Dieqo Simeone gənc oyunçunu əvəzlə spazmı səbəbindən əvəzlədiyini söyləyib. 19 yaşlı Felikslə bağlı qərar tibbi müayinədən sonra veriləcək.

Qeyd edək ki, "Atletiko" "Xetafe"ni Alvaro Moratanın yeganə qolu sayəsində məğlub edib.