Daniel Starric Türkiyə klubunda

"Liverpul"un sabiq hücumçusu Daniel Starric Türkiyədə çıxış edəcək.

Futbolqol.az-ın yerli mətbuata istinadən məlumatına görə, 30 yaşlı forvard "Trabzonspor"la anlaşıb.

Ailəsinin Trabzona gələrək şəhəri gəzməsindən və ilkin anlaşma əldə etməsindən sonra İngiltərə millisinin üzvü özü Türkiyəyə yola düşəcək. "Liverpul"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan Starricin bu axşam "bordo-mavililər"lə münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Qeyd edək ki, Daniel Starric ötən mövsüm meydana çıxdığı 27 oyunda 4 qola imza atıb.