Soldado La Liqanın tarixinə düşdü

“Qranada” klubu İspaniya La Liqasının ilk turunda “Vilyarreal”la qarşılaşıb.

4:4 hesabıyla başa çatan qarşılaşmada bir qol vuran “Qranada”nın futbolçusu Roberto Soldado yeni uğura imza atıb.

Belə ki, komandasının 3-cü qolunun müəllifi olan hücumçu, İspaniya La Liqasında 6 fərqli komanda ilə qol vurmağı bacaran ilk futbolçu olub.

Soldado, “Qranada”dan əvvəl İspaniyada “Real”, “Valensiya”, “Xetafe”, “Osasuna” və “Vilyarreal” klublarında forma geyinib.