Millimizlə oyun öncəsi icarəyə göndərildi

“Bayer” futbolçusu Tin Yedvayı icarəyə verib.

24 yaşlı müdafiəçi 2019/2020 mövsümünü Bundesliqanın digər iştirakçısı “Auqsburq”da icarə əsasında keçirəcək.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü T.Yedvay Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya və Azərbaycan milliləri ilə oyunlar üçün yığmaya çağırılıb. Komanda sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.