“Fənərbaxça”da ciddi itki

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Futbolqol.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Viktor Mozes zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqanın ilk turunun “Qazişəhər”lə matçında (5:0) zədələnən 28 yaşlı yarımmüdafiəçinin ən az 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.