Almaniya klubu Xorvatiya millisinin müdafiəçisini icarəyə verdi

Almaniyanın "Bayer" (Leverkuzen) klubu futbolçusu Tin Yedvayı icarəyə verib.

24 yaşlı xorvatiyalı müdafiəçi bir il ərzində "Auqsburq"da çıxış edəcək.

Qeyd edək ki, T. Yedvay 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının gümüş mükafatçısıdır. O, Slovakiya və Azərbaycan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin oyunları üçün yığmaya çağırılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq. Müdafiəçi 2014-cü ildən Leverkuzen təmsilçisinin şərəfini qoruyur.