Riberi İtaliya klubu ilə anlaşdı

Hazırda azad agent olan Frank Riberi karyerasını İtaliyada davam etdirəcək. Fransız yarımmüdafiəçi “Fiorentina” ilə anlaşıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Riberinin yeni klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

İtaliya mətbuatının xəbərinə görə, Riberi “Fiorentina”da ilinə 4 milyon avro qazanacaq.

Artıq Riberi özü də rəsmi “instagram” hesabında şəklini paylaşaraq, “yeni macəraya hazırlıq” qeydini edib.

Karyerası ərzində “Qalatasaray”, “Marsel” və “Bavariya” kimi klublarda forma geyinən Riberi, iyulun 1-dən azad agent statusu daşıyır.