Galatasaray hücumçusunu icarəyə göndərdi

"Qalatasaray" futbolçusu Kostas Mitroğlu ilə yolları ayırıb.

Yunan hücumçu PSV-yə icarəyə göndərilib. Hollandiya təmsilçisinin icarə haqqı olaraq "Cim-Bom"a 1 milyon 250 min avro təzminat ödəyəcəyi bildirilib. "Qalatasaray"ın da K.Mitroğluna 1 milyon 950 min avro verəcəyi bildirilib.

Qeyd edək ki, "Marsel"ə məxsus olan 31 yaşlı oyunçunun İstanbul klubu ilə 2020-ci ilin mayına kimi icarə müqaviləsi var idi.