De Xea ilə yeni müqavilə imzalamağa yaxındır

"Mançester Yunayted" qapıçısı David De Xea ilə yeni müqavilə imzalamağa yaxındır.

Bununla bağlı tərəflər arasında razılığın əldə olunduğu bildirilib. Onun həftəlik maaşının 290 min funt sterlinq olacağı vurğulanıb. 28 yaşlı qapıçının yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, De Xea 2011-ci ildən "MY"da oynayır.