"Meydanda qatil kimiyəm" - Lukaku

Belçika millisinin hücumçusu Romelu Lukaku Avro-2020-nin seçmə mərhələsində Şotlandiyayla (4:0) sonra açıqlama verib.

Dünənki oyunda millidə 49-cu qolunu vuran 26 yaşlı futbolçu meydanda sanki qatilə çevrildiyini bildirib: "Belçika millisində 50 qol vurmaq hədəfinə çatacam. Əvvəllər 30 qol hədəfinə çatmayanda özümü narahat hiss edirdim. Ancaq 50 qol mövzusunda olduqca rahatam. Meydanda qatil kimiyəm. Komanda olaraq bu cür oynamağa davam etsək, rəqiblər üçün ölümcül ola bilərik. Dünyada ən yaxşı əks hücum edən heyətə sahib komandayıq".

Qeyd edək ki, Belçika millisi seçmə mərhələdə keçirdikləri 6 oyundan 18 xalla İ qrupunun lideridir.