De Brüynedən yeni rekord

Belçika millisinin üzvü Kevin de Brüyne yeni rekorda imza atıb.
“Mançester Siti”nin yarımmüdafiəçisi Avro-2020-nin seçmə mərhələsində Şotlandiya yığması oyunda 3 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.
Brüyne Belçika milli komandası tarixində seçmə mərhələlərdə bir oyunda 3 qol ötürməsi edən yeganə futbolçu olub.
Xatırladaq ki, matç Belçika yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.