İkardi "Napoli"yə niyə "yox" deyib?

"Napoli"nin prezidenti Aurelio De Laurentis argetinalı hücumçu Mauro İkardinin transferinin baş tutmamasının səbəbini açıqlayıb.

Klub rəhbəri bu keçid üçün həm "İnter"ə, həm də oyunçunun özünə sərfəli təklif göndərdiyini bildirib.

Ancaq o, PSJ-ni üstün tutduğu üçün İkardini qınamayıb: "Mən "İnter"ə 60 milyon avro və 5 milyon bonus, futbolçunun özünə isə illik 12 milyon avroluq maaş təklif etmişdim. Amma İkardi axmaq deyil. Bəlkə də, PSJ-ni "Napoli"dən üstün tutmağın karyerasında yeni səhifə açmaq baxımından asan olacağını düşdündü. Bu, onun üçün ən yaxşı seçim idi".

Qeyd edək ki, PSJ İkardinin birillik icarəyə götürüb. (matc.az)