"Liverpul" daha bir futbolçusuna müqavilə təklif etdi

"Liverpul" futbolçusu Ceyms Milnerlə müqavilənin müddətini uzada bilər.

Bununla bağlı tərəflər arasında danışıqlar başlanılıb. 33 yaşlı yarımmüdafiəçinin İngiltərə təmsilçisi ilə hazırkı müqaviləsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, Milner 2015-ci ildən "Liverpul"da oynayır.