Avropa Liqasının qalibi müəyyənləşir

Futbolqol.az goal.az-a istinadən xəbər verir ki, qitənin ikinci ən nüfuzlu klub turnirinin qalibi Marseille - Atletico matçında müəyyənləşəcək. Oyunu Byörn Keypersin rəhbərlik etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.

Madrid təmsilçisi 2010 və 2012-ci illərdə turnirin qalibi olduqları halda, marsellilər 1999 və 2004-cü illərdə finalda uduzublar.

Atletico tarixi ərzində ikinci dəfə Lionda final oyununa çıxacaq. 1986-cı ildə Kuboklar Kubokunun həlledici qarşılaşmasında Kiyev Dinamo'suna uduzan (0:3) ispanlar indiyə qədər 12 dəfə avrokuboklarda finalda iştirak ediblər və bunlardan 6-da qalib gəliblər. Madrid təmsilçisi 1962-ci ildə Kuboklar Kubokunda İtaliyanın “Fiorentina” komandasını (3:0), 2007-ci ildə isə İntertoto Kubokunda Rumıniya Gloria'sını (2:2, səfər qolu sayəsində) məğlub edib.

Stad-de-Lion stadionunda keçiriləcək final matçı saat 22:45-də start götürəcək.

Avropa Liqası, final

22:45. Marseille - Atletico Madrid