Mbappe Fransa millisinin heyətindən çıxarıldı

PSJ-nin futbolçusu Killian Mbappe Fransa millisinin heyətindən çıxarılıb.

Futbolqol.az-ın Fransa Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, buna onun zədəsini tam sağalda bilməməyi səbəb olub.

Beləliklə, 20 yaşlı hücumçu Avro-2020-nin seçmə mərhələsində oktyabrın 11-i İslandiya, oktyabrın 14-ü Türkiyə ilə matçları buraxacaq.