Braziliyalı futbolçu karyerasını bitirirdi

Braziliya milli komandasının və İtaliyanın “Roma” klubunun sabiq üzvü Mişel Bastos futbolçu karyerasını bitirib.

36 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi “İnstagram” səhifəsində məlumat yayıb. Son olaraq Braziliyanın “Ameriko” komandasında çıxış edən Bastos sentyabrdan azad agent statusuna malikdir.

Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Lion”, “Roma”, “Şaxtyor” və “Şalke” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi iştirak etdiyi 418 oyunda 93 qol vurub və 40 məhsuldar ötürmə edib.