Barcelona rəhbərliyi və Buskets arasında fikir ayrılığı

Goal.az xəbər verir ki, futbolçu meydana çıxdığı oyunların sayına əsasən maliyyə baxımdan yaxşılaşdırılmış yeni müqavilə istəyir. Amma rəhbərlik anlaşması 2021-ci ilin yayında başa çatacaq Busketsin tələbini yerinə yetirməyə razı deyil. Tərəflər 2016-cı ildə 5 illik yeni anlaşma imzalamış, Busketsin buraxılış qiyməti isə 200 milyon avroya yüksəldilmişdi. Vəziyyəti Manchester City və PSG yaxından izləyir.