Dembelenin cəzası açıqlandı

"Barselona"nın hücumçusu Usman Dembelenin cəzası müəyyənləşib.

Fransalı futbolçuya 2 oyunluq cəza kəsilib.

Buna səbəb La Liqanın ötən turunda "Sevilya" ilə keçirilən qarşılaşmanın sonlarında baş hakimə qarşı kobud fikirlər səsləndirməsi olub. Yerli Nizam-İntizam Komitəsi birbaşa qırmızı vərəqə alan gənc oyunçunun 2 oyunluq diskvalifikasiya olumasını qərara alıb. Bu isə o deməkdi ki Dembele "Real"la "El Klasiko"nu buraxacaq.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu oktyabrın 26-da keçiriləcək.