Kanadalı sabiq futbolçu itkin düşüb

Kanada yığmasının sabiq futbolçusu Pol Ceyms itkin düşüb.

Bu barədə məlumatı Toronto polisi yayıb. Polisin 56 yaşlı Polun tapılması üçün vətəndaşlardan kömək istəyib:

"Torontonun polis xidməti vətəndaşlara müraciət edir ki, itkin düşmüş Polun tapılmasına yardım etsinlər. Onun Ottavada olması ehtimal edilir. Polis onun təhlükəsizliyinə görə narahatdır”.

Qeyd edək ki, Pol Ceyms 1983-1993-cü illərdə Kanada yığmasının şərəfini qoruyub. O, karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. Ceyms 2012-ci ildə etiraf etmişdi ki, uzun illər kokain asılılığından əziyyət çəkib.