"Onu 500 milyon avroya da satmayacağıq" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Fil Foden haqda danışıb.

O, 19 yaşlı yarımmüdafiəçi haqda müsbət fikirlər səslənidirb:

"Foden hazırkı vəziyyətə görə satılmayacaq yeganə futbolçudur. Onun üçün 500 milyon avro belə versələr, satmayacağıq. Fil heç yerə getmir. Onun mövqeyinə başqa futbolçu transfer edə bilmərik. David Silva komandadan ayrılacağı zaman yeni sehrbazımızın kim olduğunu bilirik".