Venqer: "Ronaldoya görə 12 milyon funt ödəməyə bilməzdik"

Futbolqol.az xəbər verir ki, fransalı mütəxəsis transferə maliyyə məsələsinin mane olduğunu qeyd edib.

"Ronaldo anası ilə Londona gəlmişdi. Biz onu ələ keçirməyə yaxın idik. Sonra Manchester United mübarizəyə qoşuldu. Onlar Çempionlar Liqasında Sporting-lə qarşılaşırdı. həmin oyunda Ronaldo özünü yaxşı tərəfdən göstərdi və United onu transfer etdi.

Həmişə başqa cür etmək istədiyim şeylər olub. Ronaldonun transferini 4.5 milyon funta başa vurmağa hazırdıq. Amma Mançester klubunun etdiyi kimi gənc futbolçuya görə 12 milyon funt ödəyə bilməzdik".