"Qalatasaray" ilk yay transferini həyata keçirdi

Futbolqol.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə razılıq əldə edib.

Yarımmüdafiəçinin qarşıdakı günlərdə yeni komandası ilə müqavilə imzalayacağı gözlənilir. "Əskişehirspor" klubu bu transferdən 1 milyon TL qazanacaq. Dorukhan isə "Qalatasaray"ın ilk yay transferi olacaq.

Qeyd edək ki, Dorukhan Toköz bu mövsüm "Eskişehirspor" forması ilə 32 oyuna çıxıb və 2 qola imza atıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin heyətində Azərbaycan yığmasına qarşı forma geyinib.