Uels millisində daha bir zədəli

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasının daha bir futbolçusunda zədə aşkarlanıb.

Futbolqol.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunu britaniyalıların baş məşqçisi Rayan Giqqz deyib.

Gənc mütəxəssis yarımmüdafiəçi Daniel Ceymsin Xorvatiya ilə son qarşılaşmada xəsarət aldığını söyləyib. Ancaq Giqqz gənc oyunçunun vəziyyətinin qorxulu olmadığını bildirib: "Rəqibin müdafiəçisi Domaqoy Vida futbolçumuza qarşı çox sərt oynamışdı. Ceymsi tibbi müayinədən keçirdik. Xoşbəxtlikdən qorxulu bir şey çıxmadı. Halbuki Vidanın kobud oyunundan sonra tərpənə bilmirdi".

Qeyd edək ki, 1:1 hesabı ilə nəticələnən Uels - Xorvatiya oyununda birincilərin kapitanı Qaret Beyl də zədələnib.