"Rekord axtarmıram, o özü gəlib məni tapır" - RONALDO

"Hazırkı səviyyədə futbolçu olmağımda kömək edən komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm. Ukraynaya qalib gəlmədiyimiz üçün məyusam, amma komandamla fəxr edirəm".

Futbolqol.az-ın məlumatına görə, bunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo deyib.

AVRO-2020-nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşan portuqaliyalılar meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Qarşılaşmada yeganə qolun müəllifi olan Ronaldo rekordlar barədə düşünmədiyini söyləyib: "Hər kəs bu rəqəmə çata bilməz. Mənim neçə rekordum var, düzü bilmirəm. Rekord axtarmıram, o özü gəlib məni tapır".

Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində aktivinə 700 qol yazdırıb.