"Barselona"nın iki futbolçusu Kataloniyadakı tətilə qoşulacaqlar

"Barselona" futbol komandasının müdafiəçisi Jerar Pike və hücumçu Usman Dembele Kataloniyada etiraz edənlərə həmrəylik əlaməti olaraq bugünkü məşqi şənbə gününə təxirə salıblar.

Məlumata görə, Pike və Dembele diskvalifikasiyaya görə İspaniya Premyer Liqasının 9-cu turunun səfər matçında "Eybar" komandası ilə sabah keçiriləcək oyunu buraxmalı olacaqlar. Usman Dembele əvvəlki oyunda qırmızı kart alaraq meydandan qovulub.

İspaniya La Liqasında X turun "Barselona" - "Real Madrid" matçı dekabrın 18-nə təxirə salınıb. Buna səbəb Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalardır.

Qeyd edək ki, bu gün Kataloniya muxtar vilayətində ümumxalq tətili keçiriləcək. Küçələrə yüz minlərlə nümayişçinin çıxacağı gözlənilir.