Ançelotti sabiq yetirməsini Napoli-yə gətirmək istəyir

Napoli-nin yeni baş məşqçisi Karlo Ançelotti yayda komandanı gücləndirmək üçün planlar qurur. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis ilk növbədə Real-dan Kərim Benzemanı istəyir. Ançelotti bu barədə klubun prezidenti Aurelio De Laurentislə danışıb. İtalyan mütəxəsis Benzemanın A Seriyasına uyğunlaşa biləcəyindən əmindir. Tərəflər 2013-15-ci ildə Real-da birlikdə çalışdığından bir-birini yaxşı tanıyırlar.

Ançelottinin digər transfer hədəfləri Arturo Vidal (Bayern Munchen) və Susodur (Milan).