Lev Yaşin mükafatına namizədlər açıqlandı

Fransanın “France Football” nəşri 2019-cu il üçün Lev Yaşin mükafatına namizədləri açıqlayıb.

Bu ada braziliyalı Alisson Bekker (“Liverpul”, İngiltərə), ispaniyalı Yan Oblak (“Atletiko”, Sloveniya), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), ispaniyalı Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə), fransalı Uqo Lyoris (“Tottenhem”, İngiltərə), kamerunlu Andre Onana (“Ayaks”, Hollandiya), polşalı Voytsex Şesnı (“Yuventus”, İtaliya) və almaniyalı Mark-Andre ten Şteqen (“Barselona”, İspaniya) iddia edirlər.

Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə olacaq.