Liverpool qapıçısının səhvlərinə səbəb nə olub?

Futbolqol.az "Bild"ə istinadən xəbər verir ki, Real-ın ilk qolundan 2 dəqiqə əvvəl Serxio Ramos dirsək zərbəsi ilə alman qolkiperin beynini silkələyib. Daha sonra Karius 2 kobud səhvə yol verməklə komandasının məğlubiyyətinə səbəb olub.

ESPN kanalının məlumatına görə qapıçı mayın 31-i Bostonda kəllə-beyin travması üzrə mütəxəsisin qəbulunda olub. Massaçusetsdə yerləşən xəstəxanada Kariusun başı rentgenə salınıb. Ross Zafonte adlı mütəxəsisin qəbuluna qolkiper Liverpool həkimlərinin təşəbbüsü ilə aparılıb.