Buffon yenidən yığmaya çağırılır

"Yuventus"un qapıçısı Canluici Buffon və "Boka Xuniors"un yarımmüdafiəçisi Daniele De Rossi yenidən İtaliya yığmasının formasını geyinə bilər.

Bunu "Skuadra Adzurra"nın baş məşqçisi Roberto Mançini deyib.

O bildirib ki, "Rai" ilə İtaliya Futbol Federasiyası arasında yeni müqavilənin təqdimatı zamanı federasiya prezidenti Qabriele Qravina ilə arasında bu barədə görüş olub: "Prezidentin ideyası ilə razılaşdım. Buffon və De Rossi 2006-cı ildəki dünya çempionatında iştirak edənlər arasında karyerasını davam etdirən yeganə oyunçulardı. Onlar bir oyunluq milliyə çağırıla bilərlər".

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-yə vəsiqəni rəsmiləşdirdiyindən, seçmə mərhələnin gələn ay keçiriləcək son oyunlarına Buffonla De Rossinin dəvət edilməsi gözlənilir.