Antuan Qrizmann Barcelona ilə bağlı qərar verdi

Goal.az xəbər verir ki, fransalı forvard dostlarına Atletico-da qalacağını bildirib.

Madrid klubu onunla yeni müqavilədə maliyyə şərtlərini yaxşılaşdıracaq. Qeyd olunur ki, klubun Avropa Liqasındakı qələbəsi Qrizmannın qərarına təsir göstərib.

Bir neçə gün öncə fransalı ulduzun Barcelona ilə şəxsi müqaviləni razılaşdırdığı deyilirdi.