Çempionlar Liqası: Bu gün III tura yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulacaq.

Turun ikinci oyun günündə E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri İtaliyada olacaq. "İnter" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

E qrupu

23:00. "Genk" (Belçika) - "Liverpul" (İngiltərə)

23:00. "Zaltsburq" (Avstriya) - "Napoli" (İtaliya)

Xal durumu: "Napoli" - 4, "Zaltsburq" - 3, "Liverpul" - 3, "Genk" - 1.

F qrupu

23:00. "İnter" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Barselona" (İspaniya)

Xal durumu: "Borussiya" - 4, "Barselona" - 4, "İnter" - 1, "Slaviya" - 1

G qrupu

20:55. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)

23:00. "Benfika" (Portuqaliya) - "Lion" (Fransa)

Xal durumu: "Zenit" - 4, "Lion" - 4, "Leyptsiq" - 3. "Benfika" - 0

H qrupu

20:55. "Ayaks" (Hollandiya) - "Çelsi" (İngiltərə)

23:00. "Lill" (Fransa) - "Valensiya" (İspaniya)

Xal durumu: "Ayaks" - 6, "Çelsi" - 3, "Valensiya" - 3, "Lill" - 0.