La Liqanın autsayderi baş məşqçisi ilə yollarını ayırdı

İspaniyanın "Leqanes" komandasının baş məşqçisi Maurisio Pelleqrino istefaya göndərilib.

48 yaşlı argentinalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Pelleqrinonun köməkçiləri də onunla birlikdə klubu tərk edib. "Leqanes"ə hələ ki, ikinci komandasının məşqçiləri rəhbərlik edəcək.

Qeyd edək ki, Maurisio Pelleqrino 2018-ci ildən İspaniya təmsilçisinə rəhbərlik edib. Komanda hazırda La Liqada 9 turdan sonra 2 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.