DÇ-2018: 3 oyun keçiriləcək

Futbolqol.az xəbər verir ki, II tur çərçivəsində günün ilk qarşılaşması Braziliya və Kosta-Rika yığmaları arasında oynanılacaq.

İlk turda bu komandalardan heç biri qələbə qazana bilməyib. Braziliya İsveçrə ilə 1:1 hesablı heç-heçə edibsə, Kosta-Rika Serbiyaya uduzub. Braziliya qələbə qazansa, Kosta-Rika qrupda qalacaq. Turun digər oyununda İsveçrəni məğlub edəcəyi halda, Serbiya vaxtından əvvəl 1/8 finala yüksələcək.

Bu gün həmçinin Nigeriyanın D qrupundakı taleyi həll oluna bilər. Afrika təmsilçisi İslandiyaya uduzsa, qrupda qalacaq. Bu komanda ilk turda Xorvatiyaya uduzub - 0:2. İslandiya isə Argentina ilə 1:1 hesablı heç-heçə edib. Digər tərəfdən, İslandiya qalib gəlsə, xallarını 4-ə çatdıracaq və 1 xala malik Argentinanın qrupda qalma təhlükəsi yaranacaq.

DÇ-2018

II tur

E qrupu

16:00. Braziliya - Kosta-Rika

Hakimlər: Byorn Kuypers, Sander van Rukel, Ervin Zeinstra (Hollandiya)

Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

D qrupu

19:00. Nigeriya - İslandiya

Hakimlər: Mettyu Konger, Saymon Lant (yeni Zelandiya)

Volqoqrad, "Volqoqrad Arena"

E qrupu

22:00. Serbiya - İsveçrə

Hakimlər: Feliks Brıx, Mark Borş, Ştefan Lupp (Almaniya)

Kalininqrad, "Kalininqrad" stadionu.